Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonun yuxuya təsiri araşdırılıb


Smartfon insanın sağlamlığına, həmçinin onun yuxusuna mənfi təsir göstərə bilər. Bu barədə “WeChat”da öz bloqunda mühəndislik fizikası magistri Şan Çjinan deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssisin fikrincə, smartfon radiomaqnit şüaların mənbəyidir, ancaq buna görə cihazdan qorxmaq lazım deyil: "Mən tez-tez insanlardan telefonun güclü radiasiya mənbəyi olması və bunun xərçəngə gətirib çıxaracağı ilə bağlı fikirlər eşidirəm". Ancaq hazırda smartfondan çıxan şüanın təhlükəli xəstəliklərə (məsələn onkoloji) səbəb olacağı ilə bağlı hər hansı bir dəlil yoxdur.

 

Çjinan tənzimləyici orqanlar tərəfindən cihaz istehsalçılarının riayət etməli olduqları xüsusi təhlükəsizlik standartlarının təyin edilməsini bəyan edib. Buna görə hər bir sertifikatlaşdırılmış smartfondan çıxan şüa ciddi şəkildə tənzimlənir.

 

Lakin smartfonlar və digər qurğular bilavasitə istifadəçinin sağlamlığına təsir göstərir. Çjinan alimlərin tövsiyəsinə (yatmazdan 30 dəqiqə əvvəl cihazlardan müntəzəm imtina edilməsi halında istirahətin keyfiyyəti 4 həftə ərzində artır) istinad edib.

 

Emil Hüseynov






13/04/21    Çap et