Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aparıcı İT şirkətlərinin “Computex 2021 Hybrid” sərgisində iştirakı təsdiqlənib


Tayvanın Xarici Ticarətin İnkişafı Şurası (TAITRA) dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərinin (Acer, AMD, Arm, Intel, Micron, NXP, Qualcomm və Supermicro) mayın 31-dən iyunun 30-dək keçiriləcək “Computex 2021 Hybrid” tədbirində iştirak edəcəyini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu il iri kompüter texnologiyaları sərgisi yerli tədbirləri onlayn formatlı “#COMPUTEXVirtual” tədbiri ilə birləşdirir. Təşkilatçıların sözlərinə görə, bu, vaxt və coğrafi məhdudiyyətləri aradan qaldıraraq bütün dünyanın İT ekosistemini birləşdirməyə imkan verəcək. Qeyd olunur ki, sərgi platforması iştirakçıları olduqları yerdən asılı olmayaraq sahə üzrə son tendensiyalara çıxış imkanı ilə təmin edəcək.

 

Maraqlı yenilik kimi sərginin təşkilində süni intellekt texnologiyalarından istifadə hesab oluna bilər.

 

Artıq “#COMPUTEXVirtual” və “#InnoVEXVirtual” tədbirlərində iştirak və ziyarət üçün qeydiyyata başlanılıb. Taybeydə yerli tədbirlər iyunun ilk həftəsində keçiriləcək.

 

Nizam Nuriyev






14/04/21    Çap et