Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropada “Android”-in populyarlığı artır
“Kantar Worldpanel ComTech” analitik şirkətinin dərc etdiyi hesabata əsasən, “iPhone” smartfonları ABŞ-da populyardırlar. Lakin “Apple” şirkətinin məhsullarını Avropada rəqabətlə qarşılayırlar. Şirkətin hesabatı 2011-ci ilin sentyabr ayından noyabr ayının sonuna qədər olan dövrü əhatə edir.
Şirkətin məlumatına əsasən, ABŞ-da keçən ilin payızında “iPhone” smartfonunun payı 25% təşkil edib, hal-hazırda isə onun payı 36% olub və “Apple” şirkəti bir sıra yeni bazarlar əldə edə bilib.
Böyük Britaniyada da “iPhone” smartfonunun populyarlığı artır və hal-hazırda 31% təşkil edir. Lakin Avropanın digər regionlarında “iPhone” smartfonunun populyarlığı aşağıdır.
Belə ki, avropalılar “Android” əməliyyat sistemiə heyrandır və bu əməliyyat sistemi ilə işləyən qurğulardan fəal istifadə edirlər. Məsələn, Almaniyada “Android”-in payı hal-hazırda 61% təşkil edir,
“Samsung Galaxy S II” aparatı isə bestsellerdir. Bütün Avropa ölkələrində “Android”-in bazar payı 46%-dən aşağı düşmür.
23/12/11 Çap et