Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçılığı ilə "Sizin plan B: Biznesin davamlılığı" adlı onlayn konfrans keçirilib.
Konfransın əsas məqsədi Azərbaycanda dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliğidir.
Tədbirdə "AzInTelecom" MMC, "Palo Alto Networks", "Veeam Software", Norveçin "DNV GL" şirkətlərinin nümayəndələri spiker qismində çıxış edərək bu sahədə öz bilik və faydalı məsləhətlərini iştirakçılarla bölüşüblər. Spikerlər biznesdə yarana biləcək qəfil xəta və gözlənilməz hallara hazır olmaq və çətin şəraitdə fəaliyyəti davam etdirmək üçün biznesin davamlılığı planının vacibliyini vurğulayıblar.
Konfransa Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Sinqapur, İsrail, İsveçrə, Hindistan, Almaniya, ABŞ, Norveç, Mavritaniya və digər ölkələrdən qeydiyyatdan keçmiş 41 nəfər iştirakçı qoşulub.
Sonda spikerlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkəti olan "AzInTelecom" MMC il ərzində bu cür faydalı konfransların mütəmadi keçirilməsini planlaşdırır.