Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “Mobil operatorlar arasında danışıq qiyməti müəyyənləşdirilib”


“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası keçən il mobil operatorların istifadəçiləri arasında vahid danışıq tarifi müəyyənləşdirsə də, hələ mobil operatorlar bununla bağlı razılığa gəlməyib.

Biz mobil operatorlar arasında danışıqlarda 1 dəqiqə üçün 2 qəpik müəyyənləşdirmişik. Ancaq bu qiymətə mobil operator arasındakı razılaşmaya əsasən, müəyyən əlavələr ola bilər. İndiyə qədər mobil rabitə operatorları belə razılığa gəlməyib.

Ona görə də nazirliyin kollegiya iclasında mobil rabitə operatorlarının istifadəçiləri arasında danışıqlarla bağlı tarifə dair qərar qəbul edilə bilər.

Yəni nazirlik özü artıq bu məsələyə müdaxilə etmək niyyətindədir” -  bunu Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov söyləyib.






23/12/11    Çap et