Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK 2012-ci il imtahanlarında elektron imzadan istifadə edə bilər


“Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparırıq.Artıq məsul işçilərimizin elektron imzası olması barədə qərar vermişik və bizə müraciət edənlər arayışlarını elektron imza ilə alacaq. Bu proses demək olar ki, yekunlaşıb”.

Bu barədə jurnalistlərə açıqlama verən  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə belə deyib.

M.Abbaszadənin sözlərinə görə, 2012-ci il qəbul imtahanlarında abituriyentlərin elektron imzadan istifadə edib-etməməsi Nazirlər Kabinetinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarından asılıdır: “Hazırda abituriyentlər öz məlumatlarını imzaları ilə təsdiqləyirlər.

Elektron imzanın 1 illik istifadəsi üçün rüsum 30 manatdır. Biz bununla da əlaqədar Rabitə və İnformasiya Nazirliyinə müraciət edəcəyik ki, hansısa layihə həyata keçirilsin ki, abituriyentlərə 1 illik yox, 3-4 aylıq elektron imza verilsin və o qiymət uyğun olsun”.








23/12/11    Çap et