Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Super “Wi-Fi” sistemi yaradılacaq


ABŞ-ın Kommunikasiyalar Federal Komissiyası (U.S. Federal Communications Commission, FCC) simsiz tezliklər bölgüsünü təsdiq edib.

Belə ki, televiziya kanalları rəqəmli yayıma keçdikdən sonra  radio diapazonda boş tezliklər qalıb və o, simsiz radio şəbəkələrin təşkili üçün əlverişlidir. Məlum olub ki, bu tezliklər “Super Wi-Fi” internet-şəbəkələrin təşkili üçün idealdır.

“Super Wi-Fi”-ın inkişafı haqqında ilk dəfə “Microsoft” və “Google” şirkətləri  danışıblar. Onların sözlərinə əsasən, bu boş tezlikləri tenderə qoymaq olmaz, çünki o zaman onları mobil operatorlar alacaq. Bunun əvəzinə isə onlardan ümumi şəbəkələrin təşkili üçün istifadə etmək lazımdır.





23/12/11    Çap et