Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlara "casus" selfi kameraları quraşdırılacaq


2021-ci ildə smartfonlara istifadəçinin gözünə görünməyən ön kameralar kütləvi şəkildə quraşdırılmağa başlanılacaq. Bu haqda "Twitter"də popular insayder Ice universe yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Samsung", "Xiaomi", "Oppo", "Vivo", "ZTE" və "Meizu" şirkətləri tərəfindən ilin ikinci yarısında ekranın alt hissəsinə quraşdırılmış yeni selfi kameralardan ibarət telefonların təqdim ediləcəyi gözlənilir.

 

İlk belə smartfon 2020-ci ilin payızında çıxarılmış "ZTE Axon 20 5G" olub. Model elə də uğurlu olmadı, ekranın alt hissəsinə quraşdırılmış kamera çəkiliş zəif çəkiliş keyfiyyətinə görə tənqid edilmişdi və 2000-ci illərin düyməli telefonları ilə müqayisə edilmişdi.

 

Emil Hüseynov






19/04/21    Çap et