Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən populyar smartfon istehsalçısı məlum olub


“Strategy Analytics” şirkətinin məlumatına görə, 2021-ci ilin birinci rübünün nəticəsinə görə “Samsung” şirkəti daha çox smartfon tədarük etməyə müvəffəq olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ilk 3 ayda 77 milyon smartfon tədarük etmiş koreyalılar bazarın 23%-nə yiyələniblər. İkinci yeri “Apple” (57 milyon və 17%), üçüncü yeri isə “Xiaomi” (59 milyon və 11%) şirkətləri tutublar.

 

“Oppo” və “Vivo” şirkətləri reytinqdə müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürüblər.

 

Bundan başqa, dünyada smartfonların satış həcmi sürətlə artır: ötən ilin birinci rübü (275 milyon) ilə müqayisədə bu il 340 milyon qeydə alınıb. Cihazlara marağın artması “5G” texnologiyasının geniş yayılması ilə izah edilir.

 

Emil Hüseynov






20/04/21    Çap et