Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Zoom” startaplara kömək üçün 100 milyon dollarlıq fond yaradıb


“Zoom” şirkəti startaplara kömək üçün 100 milyon dollar dəyərində investisiya fondu yaradıb. Vəsaitlər həll və məhsulların yaradılması üçün videoservisin alətlərindən istifadə edən tərtibatçılara təqdim ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, proqram iştirakçılarının seçiminə xüsusi “Zoom” komandası cavabdeh olacaq və layihələrə nəzarəti həyata keçirəcək. Hər startapa 250 min və 2,5 milyon dollar arasında maliyyələşmə ayrıla bilər. Bundan başqa, şirkət tərtibatçılara “Zoom” resurs və rabitəsindən istifadəyə şərait yaradacaq. İştirak üçün müraciəti xüsusi saytda etmək olar.

 

Martın sonunda “Zoom” yeni “SDK” alətlərini təqdim edib. Onlar vasitəsilə şirkətin texnologiyaları əsasında videoservislər yaratmaq mümkündür. Həmçinin tərtibatçılar videoservisi öz layihələrinə inteqrasiya edə bilərlər.

 

Nizam Nuriyev






21/04/21    Çap et