“Apple” şirkəti tərəfindən təqdim edilmiş yeni nəsil “iMac” kompüterləri indi şirkətin öz “M1” prosessoru ilə işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ABŞ şirkətindən verilmiş məlumata əsasən, monoblok daha incə korpusa və aşağı enerji sərfiyyatına malikdir. Kompüterin displeyinin ölçüsü 24 düymədək artırılıb, “Retina” displeyin təsvir ölçüsü 4,5K təşkil edir.
Yeni “iMac” kompüterində videorabitə üçün “FullHD” təsvir ölçüsünə malik daxili kamera tətbiq edilib. Xüsusi alqoritmlər şəkildəki küyü silərək onun keyfiyyətini artırır. Səsin ötürülməsi üçün 3 daxili mikrofondan istifadə edilir.
“M1” prosessoru “Apple” şirkətinin monoblok həlli üçün yeni məhsuldarlıq səviyyəsini təmin edəcək. ARM arxitekturası üçün uyğunlaşdırılmış proqramlar istifadəçiyə lazım olan proqram dəstini təmin edəcək. Kompüter 4-dək “USB-C” portu ilə təchiz ediləcək. “iMac” üçün klaviaturada ilk dəfə olaraq barmaq izləri skaneri reallaşdırılıb.
“iMac” kompüterinin qiyməti ABŞ-da 1299 dollardan başlayacaq. Daha sonra qurğu başqa bazarlara da çıxarılacaq.
Emil Hüseynov