Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” Londonda yeni texnologiyanın sınaqdan keçiriləcəyi bərbərxana açıb


“Amazon” şirkəti Londonda sənayedə ən yeni texnologiyaların sınağının planlaşdırıldığı “Amazon Salon” adlı bərbərxana açıb. Bu barədə “Amazon” şirkətinin Britaniya bölməsinin bloqudan deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, söhbət müştərilərə müxtəlif saç kəsimi variantlarını yoxlamağa və daha əlverişli saç düzümünü seçməyə imkan verən əlavə reallıq mobil əlavəsindən istifadədən gedir. Bu istiqamətin eksperimental xarakter daşıdığını deyən şirkət nümayəndələri “Amazon” tərəfindən belə bərbərxanaların digər yerlərdə açılmasının hələ ki planlaşdırılmadığını bildiriblər.

 

Bundan başqa, yeni bərbərxanada müştərilərə salonda satılan məhsullar haqqında informasiya əldə etməyə imkan verən texnologiya test ediləcək.

 

Hazırda “Amazon Salon” bərbərxanasından yalnız “Amazon” əməkdaşları istifadə edə bilərlər. Bərbərxananın bütün arzu edənlər üçün yaxın həftələr ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

 

Nizam Nuriyev






22/04/21    Çap et