Dünya virtual reallıq bazarının illik həcmi 51,1 faiz (CAGR göstəricisi) artaraq 2026-cı ildə 100 milyard dolları ötəcək. Bu barədə “ResearchAndMarkets” tədqiqat şirkətinin proqnozunda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, söhbət virtual reallığa dalmanı təmin edən avadanlıq, mobil əlavə və servislər üçün xərclərdən gedir. Tədqiqata görə, jestləri tanıyan virtal reallıq qurğularının illik satış həcmi təxminən 53,3 faiz artaraq 2026-cı ildə 11,4 milyard dollar təşkil edəcək.
Ekspertlərin sözlərinə görə, virtual reallıq həlləri bazarı bir sıra faktorlar sayəsində artacaq. Onlar arasında iştirak effekti yaradan layihələrin populyarlığının artması, virtual reallıq texnikasından istifadə senarilərinin sayının çoxalması və virtual reallıq imkanlarının müxtəlif qurğularla inteqrasiyası sadalanır.
Müsbət amillər sırasına, həmçinin virtual reallıq qurğularından və onlar üçün komponentlərdən istifadənin artması və korporativ və sənaye vəzifələri, eləcə də təlim və simulyasiya üçün avadanlıqdan istifadə göstərilir.
Bundan başqa, analitiklər tərəfindən virtual reallıq bazarının inkişafına mane olan bir neçə baryer qeyd olunur: iştirak effekti yaradan virtual reallıq mühitinin qiymətinin baha olması, bu avadanlıq tərəfindən yüksək enerji sərfiyyatı, virtual reallığın istifadəçilərin sağlamlığına mənfi təsiri və hazırlamada çətinliklər.
Nizam Nuriyev