Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbuk klaviaturası əl toxunuşu ilə enerji toplaya biləcək


Melbrunda Kral Texniki İnstitutunun tədqiqatçıları (RMIT) noutbukların yüklənməsi üçün barmaqların klaviaturaya toxunuşu ilə yaranan enerjidən istifadə etməyi təklif edib.
İdeyanın mahiyyəti klavişləri pyezoelektrik materialdan həddindən çox nazik plyonka ilə örtməkdən ibarətdir. Belə olan halda isə barmağın klaviaturaya toxunuşundan yaranan mexaniki enerji elektrik enerjisinə çevrilə və elektrik enerjisindən isə bateriyanın təchizatı üçün istifadə edilə bilər.
İdeyanı həyata keçirmək üçün isə qalınlığı nanometrlə ölçülən pyezoelektrik plyonka yaratmaq lazımdır. Belə plyonkanın xüsusiyyətlərini alimlər “Advanced Functional Materials” jurnalında dərc edilmiş materialda təsvir ediblər, ancaq iş hələ praktik reallaşdırmaya çatmayıb.
ŞPyezoelektrik plyonka yalnız noutbuklarda deyil, həm də digər mobil qurğularda, məsələn, sensor ekran ilə smartfonlarda tətbiq edilə bilər.




25/06/11    Çap et