Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada 10 petaflops sürətə malik superkompyuter yaradılacaq
"T-Platformı" şirkəti Rusiyada M. V. Lomonosov adına Moskva Dövlət Universiteti üçün ən güclü superkompyuterin hazırlanması ilə məşğul olacaq.
Hal-hazırda "Lomonosov" 674 teraflops (saniyədə trilyon əməliyyat) sürətlə ən məhsuldar yerli hesablama kompleksidir. Kompleksin pik məhsuldarlığı 1,37 petaflopsa (saniyədə kvadrillion əməliyyat) çatır. Top-500 reytinqində bu sistem 18-ci yeri tutur.
"T-Platformı" şirkətinin yeni superkompyuteri 10 petaflops sürətə malik olacaq. Məlumdur ki, sistemin əsasını “CPU+GPU” hibrid arxitekturası təşkil edəcək. Digər xüsusiyyətlər haqda hələ məlumat yoxdur.
23/12/11 Çap et