2019-cu ildə təqdim edilmiş “iPhone 11” cihazı “Apple”ın ən populyar smartfonu olub. Bu barədə “Consumer Intelligence Research Partners” (CIRP) agentliyinin hesabatına istinadən “PhoneArena” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “CIRP” agentliyi ABŞ-da 2021-ci ilin mart ayına olan satışların həcmi üzrə məlumatları təqdim edib. Hesabata görə, “Apple”ın aktual smartfonlarından heç biri satış həcminə görə birinci yeri tutmayıb. Əvəzində “iPhone 11” cihazı liderliyə yüksəlib. Satışların təxminən 24%-i bu modelin payına düşüb. Yeni “iPhone 12” seriyasının bütün smartfonlarının bazar payı təxminən 64%-dir.
Reytinqdə növbəti yerləri hər birinin satış həcmi təxminən 20% olan “iPhone 12” və “12 Pro Max” cihazları tutublar. Satış həcmi təxminən 15% olan “iPhone 12 Pro” sonrakı yeri tutub.
Agentliyin aktual hesabatı “iPhone 12 mini” cihazının uğursuzluğunu təsdiq etmiş oldu, hələ ilin əvvəlində sözügedən qurğunun satış həcminin zəif olması məlum idi. Alıcıların 5%-dən aşağı hissəsi “Apple”ın ən ucuz smartfonunu satın alıblar.
Emil Hüseynov