Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Zoom” həmsöhbətlərə özlərini eyni otaqda hiss etmək imkanı yaradıb


“Zoom” videozənglər xidməti həmsöhbətlərə özlərini eyni virtual otaqda hiss etməyə imkan verən “Immersive View” rejimini təqdim edib. Tərtibatçıların fikrincə, yeni funksiya daha məhsuldar dialoqa imkan yaradacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, klassik rejimdən fərqli olaraq, “Immersive View” rejimində iştirakçılar real həyatda olduğu kimi bir-birinə yaxın otururlar. Səhnədəki yerlər (arxa fon kimi konfrans zalı və ya tədris auditoriyası istifadə edilə bilər, həmçinin şəxsi şəkillərin yüklənməsi mümkündür) görüş təşkilatçısı tərəfindən və ya avtomatik müəyyənləşdirilir.

 

Yeni rejim 25-dək istifadəçini dəstəkləyir. İstifadəçi sayı çox olduqda onların miniatür şəkilləri ekranın yuxarı hissəsində görsənəcək.

 

“Immersive View” rejimi “Windows” və “macOS” əməliyyat sistemləri üçün “Zoom” proqramının son versiyalarında əlçatandır.

 

Emil Hüseynov






27/04/21    Çap et