Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” ABŞ iqtisadiyyatına 430 milyard dollar investisiya qoyacaq


“Apple” şirkəti növbəti beş il ərzində ABŞ iqtisadiyyatına 430 milyard dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayıb. Şirkət ABŞ-da 20 minə yaxın yeni iş yeri yaratmaq niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “iPhone” istehsalçısının ABŞ iqtisadiyyatına 430 milyard dollar məbləğində töhfəsinə öz data mərkəzlərinə investisiyalar, ölkə daxilində kapital xərcləri və digər daxili xərclər, o cümlədən 20 ştatda onlarla “Apple TV ” layihəsi, minlərlə iş yerinin yaradılması və yaradıcılıq sənayesinin dəstəklənməsi daxildir.

 

Şirkətin baş direktoru Tim Kukun sözlərinə görə, ayrılan vəsaitlər süni intellektin tətbiqi ilə qabaqcıl texnologiyaların hazırlanmasına, eləcə də ekoloji təmiz istehsalın inkişafına xidmət edəcək.

 

İnvestisiya planı çərçivəsində “Apple” tərəfindən Şimali Karolinada yeni ofis kompleksinin inşasına 1 milyard dollar ayrılacaq. Kampusa 3 min nəfərin çalışacağı universitet şəhərciyi və mühəndis mərkəzi daxil olacaq. Onlar maşın öyrənməsi, süni intellekt, proqram təminatı hazırlanması və s. sahələrdə işləmələrlə məşğul olacaqlar. Kampusun tikintisinin regionun inkişafına kömək edəcəyi bildirilir.

 

Bundan başqa, “Apple” yerli məktəb və icmaların dəstəklənməsi üçün 100 milyon həcmində xüsusi fond yaratmaq və infrastrukturun – genişzolaqlı rabitənin çəkilməsi, yolların inşası və digər funksiyaların inkişafına daha 110 milyon dollar xərcləmək niyyətindədir.

 

Nizam Nuriyev






28/04/21    Çap et