Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası prosessor bazarındakı mövqeyini möhkəmləndirir


“iSuppli” şirkəti 2011-ci ilin üçüncü rübü üzrə prosessor bazarındakı qüvvələr nisbətini qiymətləndirib.
“İntel” korporasiyası ən böyük təchizatçı olaraq qalıb: korporasiyanın payı 1 il ərzində 80,9%-dən 83,7%-ə qədər artıb.

Analitiklər qeyd edirlər ki, şirkət netbuk satışlarının azalmasına baxmayaraq, mövqeyini möhkəmləndirir.“AMD” şirkətinin payı isə əksinə, illik hesablamada 11,5%-dən 10,2%-ə qədər azalıb.

“iSuppli” şirkəti, həmçinin qeyd edib ki, Taylandda baş vermiş təbii fəlakətlə əlaqədar sərt disk tədarüklərində olan nasazlıqlara görə 2012-ci ilin ilk rübündə fərdi kompyuter satışları 84,2 milyon təşkil edəcək. Bu, həmçinin kompyuter prosessorlarının tədarüklərinə də təsir edəcək.




24/12/11    Çap et