Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beş il tutumunu itirmədən işləyən akkumulyator yaradılıb


Müasir akkumulyator batareyaları ilk istifadə ilində tutumunun təxminən 20 faizini itirir. Lakin Yaponiyanın Elm və Texnologiya İnstitutunun tədqiqatçıları batareyalara minimum 5 il ərzində tutumunun 95 faizini saxlamağa imkan verən inqilabi material kəşf ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, müasir akkumulyatorlar bağlayıcı materialın xüsusiyyətlərinə görə 500 dəfə enerji ilə doldurulduqdan sonra tutumunun 40 faizini itirə bilər. Lakin Yaponiya alimləri hazırda istifadə olunanların imkanlarını dəfələrlə üstələyən “Bis-imino-acenaphthenequinone-Paraphenylene (BP) adlı bağlayıcı material ixtira ediblər. Ondan istifadə hətta 1700 enerjidoldurma dövrəsindən sonra akkumulyator tutumunun 95 faizini saxlamağa imkan verir.

 

Alimlərin sözlərinə görə, kəşf akkumulyator batareyaları üzərində qurulan sahəyə, o cümlədən elektromobillərə güclü təsir edə bilər. Yaponiyanın Elm və Texnologiya İnstitutu ilə əməkdaşlığa smartfon istehsalçılarının maraq göstərəcəyi gözlənilir.

 

Nizam Nuriyev






05/05/21    Çap et