“StatCounter” analitik şirkəti ötən ay üzrə qlobal brauzer bazarındakı vəziyyəti əks etdirən statistik məlumatlar dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, məlumatlara əsasən, bazar payı 67,6% təşkil edən “Google Chrome” uzun illər ərzində masaüstü brauzerlər bazarında lider qalmağa davam edir. Reytinqdə auditoriyasının sayına görə ikinci yeri “Safari” brauzeri (9,9%), üçüncü yeri “Microsoft Edge” (8%), dördüncü yeri isə “Firefox” (7,8%) tutublar.
Yığcam qurğuların istifadəçilərinə aid olan mobil sahədə 63,2% bazar payına sahib “Chrome” liderliyini qoruyub saxlayır. Populyarlığa görə ikinci yeri “Safari” (24,4%), üçüncü yeri isə “Samsung Internet Browser” (6%) tutublar. Cihaz sahiblərinin təxminən 2,3%-i Çinin “UC Browser”nə üstünlük verirlər.
Emil Hüseynov