Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kənd poçt şöbələri də beynəlxalq pul köçürmələri sisteminə qoşulur
“Azərpoçt”MMC yeni bir layihə həyata keçirməyə başlayıb. Müəssisədən verilən məlumata görə, artıq kənd poçt şöbələri də beynəlxalq pul köçürmələri sisteminə qoşulur.
Belə ki, bütün rayon mərkəzlərinin qoşulduğu “Western Union” pul köçürmələri sistemi artıq bəzi rayonlarda kəndlərdə istifadəyə verilib.
Xaçmaz, Quba,Göyçay,Ağcabədi,Ucar,Yevlax, Şəki, Şamaxı rayonlarının kəndlərinin böyük bir hissəsi bu sistemə qoşulub.
Qeyd edək ki, vətəndaşlar poçt şöbəsinin imkanlarından istifadə etməklə bu sistem vasitəsilə dünyanın 200 ölkəsi ilə sürətli pul mübadiləsi edə bilərlər.
26/12/11 Çap et