Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung”dan 2 SİM kartlı “Galaxy S II Duos”
“Samsung” şirkəti “Android 2.3” əməliyyat sistemi ilə işləyən “Galaxy S II Duos” smartfonu istehsal edib.
Yeni qurğu “Galaxy S II” smartfonunun orijinal modelindən 2 SİM kart dəstəkləməsi ilə fərqlənir.
Sensor ekranın ölçüsü 4,52 düymdür, ekranın kəskinliyi isə 480×800 nöqtə təşkil edir. Smartfonun qalınlığı 9,8 mm təşkil edir.
Smartfonun əsasını 1.2 QHz takt tezliyi ilə işləyən ikinüvəli prosessor təşkil edir. Qurğu 16 QB tutuma malik fləş-modul, “MicroSD” slotu, “FM”-tüner, 8 meqapiksel matrislə əsas kamera, 2 meqapikselə malik ön kamera, “Wi-Fi” (IEEE 802.11n), “Bluetooth 3.0” adapterləri və “GPS” qəbuledicisi ilə təchiz edilib.
1800 mA/saat tutumlu akkumulyator batareyası qidalanmanı təmin edir. “CDMA 2000” və “GSM” mobil şəbəkələrində işləyir.“Galaxy S II Duos” modelinin qiyməti haqqında informasiya hal-hazırda yoxdur.
26/12/11 Çap et