Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompyuter istehsalçıları milyardlarla dollar itirəcəklər


Taylandda baş vermiş daşqın “İntel” korporasiyasının fəaliyyətinə son dərəcə mənfi təsir göstərib. Bunun nəticəsində prosessor nəhəngi on, hətta yüzmilyonlarla dollar itirə bilər.

Lakin analitiklər belə hesab edirlər ki, təbii fəlakət ən ciddi zərbəni “Dell” və “HP” kompyuter istehsalçılarına vurub.

Bir neçə gün əvvəl “İntel” korporasiyası cari ilin IV rübünün proqnozuna  düzəliş edib. Belə ki, indi 13,7 milyard dollar dəyərində mədaxil gözlənilir.

Qeyd edək ki, əvvəlki proqnoz 14.7 milyard dollar idi.
IV rübdə fərdi kompyuter istehsalı 10% azala bilər. Belə ki, kompyuterlərin orta qiymətini 600 dollardan hesablasaq, o zaman 6 milyard dollar dəyərində ziyan alınır.





26/12/11    Çap et