Çinin "OPPO" şirkəti "ColorOS TV 2.0" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Smart TV K9" seriyalı "ağıllı" televizorları rəsmən təqdim edib. Seriyaya 43, 55 və 65 düym diaqonallı üç model daxildir.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, kiçik versiya "Full HD" (1920 × 1080 piksel) formatına uyğundur. Parlaqlıq 230 kandel/kvadratmetr, baxış bucağı 178 dərəcə təşkil edir. Televizorlar 8 giqabaytlıq quraşdırılmış yaddaş və hər biri 10 vatt gücündə iki dinamikə malik audiosistemlə təchiz olunub.
55 və 65 düym ölçülü modellər "4К" (3840 × 2160 piksel) təsvir ölçülü, "HDR 10 ", 300 kandel/kvadratmetr parlaqlıq, 178 baxış bucağı dəstəkli," DCI-P3" rəng məkanını 93 faiz əhatə edən matrisa ilə təchiz edilib. Fləş-modulun tutumu 16 giqabaytadək artırılıb, səs sistemi isə hər biri 15 vatt gücündə iki dinamikə malikdir.
Bütün panellər dörd hesablama nüvəli və 2 giqabaytlıq operativ yaddaşlı "MediaTek MT9652" prosessoru ilə təchiz olunub. "Wi-Fi 802.11a/b/g/n" (2,4/5 ГГц) və "Bluetooth 5.0" simsiz adapterləri, "HDMI", "USB" və "Ethernet" interfeysləri mövcuddur.
Televizor dəstinə "Bluetooth" dəstəkli məsafədən idarəetmə pultu daxildir. 43, 55 və 65 düymlük modellərin qiyməti müvafiq olaraq 280, 310 və 510 dollar təşkil edir.
Nizam Nuriyev