"Windows 10" əməliyyat sisteminin növbəti yeniləməsindən sonra istifadəçilər "Microsoft Defender"in qəribə davranışından şikayət edirlər. Antivirus özünün işçi qovluqlarından birini minlərlə faylla dolduraraq boş disk yerini tutur və kompüterin məhsuldarlığını aşağı salır.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, proqramın 1.1.18100.5 versiyasında aşkar edilmiş səhv ona gətirib çıxarır ki, "C:ProgramDataMicrosoftWindowsDefenderScansHistoryStore" qovluğu adı MD5 heşinə oxşar minlərlə faylla dolmağa başlayır. Bu, zərərsiz olsa da, ancaq sistem diskinin dolması (bəzi hallarda 30 QB-dək çatır) kompüterin məhsuldarlığını aşağı salır.
Şirkət bu səhvi etiraf edib və antivirusun quraşdırma nömrəsi 1.1.18100.6 olan yeniləməsini çıxarıb.
Emil Hüseynov