Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kəndlərin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsinə başlanılıb


“Aztelekom”İB bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün nəzərdə tutulan layihənin icrasına başlayıb. Söhbət 25 rayonun 236 kəndinin 1400 kilometr  optik kabel çəkməklə  25 min internet portu ilə təmin edilməsindən gedir.

Bu barədə bizə məlumat verən “Aztelekom”  İB-nin baş direktorunun birinci müavini, texniki direktor  Zahir Vəliyevin bildirdiyinə görə, artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə başlanılıb. Z.Vəliyev bildirdi ki,  kəndlərin yüksək keyfiyyətli optik kabellərlə təmin edilməsi ilə sakinlər  telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə edə biləcək.

O, daha sonra bildirdi ki, bu layihənin həyata keçirilməsi ilə ölkəmizdə rayon daxilində rabitədə şəhər və kənd fərqi tamamilə aradan qalxacaq.Qeyd edək ki, layihənin həyata keçirilməsi ilə əlaqədar “Aztelekom”İB-nin elan etdiyi tenderin qalibi “Huawei” şirkətidir.





26/12/11    Çap et