Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” 110 milyondan çox smartfon tədarük edəcək


“Apple” şirkəti 2011-ci ilin dördüncü rübünün nəticəsinə əsasən, “iPhone 3GS”, “iPhone 4” və “iPhone 4S” modelləri daxil olmaqla 30,3 milyon smartfon tədarük edə bilər. “Susquehanna” investisiya firması belə proqnoz verib.

Qeyd edək ki, əvvəlki proqnoz 27,1 milyona bərabər idi. Bütün maliyyə ilinə gəlincə isə "alma" smartfonlarının istehsal həcminin 111,4 milyon olacağı gözlənilir.Proqnoza yenidən baxılması “iPhone 4S” modelinə tələbatın artması ilə bağlıdır.





26/12/11    Çap et