Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti dünyada ən böyük “OLED” panel hazırlayır
“LG Display” şirkəti “OLED” texnologiyası əsasında olan ekranla dünyada ən böyük televizor hazırlayır.
“OLED”-ekranlar maye kristal panellər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir: onlar əhəmiyyətli dərəcədə aşağı enerji istehlakına malikdirlər.
Bundan əlavə, “OLED”-ekranlar daha nazikdirlər, daha yüksək kəskinliyə malikdirlər və rəngləri daha yaxşı əks etdirirlər.
“LG” şirkətinin yeni panelinin diaqonalı 55 düymə bərabərdir; ziddiyyət 100000:1, qalınlığı təxminən 5 mm təşkil edir. Digər texniki xüsusiyyətləri açıqlanmır.Panel “CES 2012” sərgisində təqdim ediləcək.
26/12/11 Çap et