Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Alice” elektrik təyyarəsi ilk uçuşa hazırlaşır


“Eviation” İsrail-ABŞ şirkəti 11 nəfərlik sərnişin tutumuna malik “Alice” elektrik təyyarəsinin ilk sınaq uçuşlarına hazırlaşır. Məlumata görə, batareya enerji ilə tam doldurulduqdan sonra uçuş məsafəsi 506 mil (814 km) təşkil edir. Lakin bunun üçün təyyarənin uçuş kütləsinin yarısına sahib göyərtə litium akkumulyator yaratmaq lazım olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Alice” elektrik təyyarəsinin göyərtə litium batareyasının çəkisi 3 720 kq, təyyarənin üçüş kütləsi 6 669 kq təşkil edir. Akkumulyator tutumu 820 kilovat-saata bərabərdir. “Alice” təyyarəsinin kreyser sürəti 407 km/saat təşkil edir.

 

Uçuş zamanı hərəkət qüvvəsini üç itələyici mühərrik yaradır – onların ikisi qanadların ucunda, üçüncüsü təyyarənin arxa hissəsində yerləşir. “V” hərfi şəklində olan quyruq və yastı füzelyaj əlavə qaldırıcı qüvvə yaradacaq ki, bu da enerji ilə tam doldurulan akkumulyatorla rekord uçuş məsafəsinə öz töhfəsini verəcək.

 

“Eviation” şirkəti bu yaxınlarda məlumat verərək elektromotor istehsalçısı – “Magnix Electric” şirkətindən təyyarəyə quraşdırılmaq üçün ilk elektromotor aldığını açıqlayıb.

 

Gələcək sınaqların nə vaxt keçiriləcəyi barədə məlumat verilmir.

 

Nizam Nuriyev






17/05/21    Çap et