Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tədqiqat: 40% avropalı “iOS”-a, 19% isə “Android”ə üstünlük verir


“Yankee Group” analitik şirkəti növbəti ay mobil telefonların Avropa bazarının tədqiqatının ətraflı nəticələrini dərc edəcək. Hələ ki “Boy Genius Report” saytı avropalıların hansı mobil qurğuya üstünlük vermələri haqqında informasiya ilə bölüşüb.
“Yankee Group” ekspertləri sorğuda iştirak edənlərin 40%-nin öz gələcək telefonu kimi “iPhone“a, 19%-nin isə “Android ƏS”-ə üstünlük verdiyini aydınlaşdırıb. RIM şirkəti cüzi geri qalır: 17% avropalı “BlackBerry” smartfonlarına üstünlük verir. 15% isə “Nokia” istehsalının qurğusunu əldə etmək istəyir.
Mütəxəssislər Avropa alıcıları üçün “Apple” markasının üstünlüyünü, RIM və “Nokia”nın isə təhlükəli vəziyyətini qeyd ediblər. “Yankee Group” sorğusunda Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyadan 7000-dən çox istehlakçı iştirak edib.




25/06/11    Çap et