Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” və “Hyundai” mikrosxem çatışmazlığı ilə bağlı problemi birlikdə həll edəcək


"Samsung" şirkəti "Hyundai Motor" istehsalçısı, Cənubi Koreya hökuməti və bir sıra agentliklərlə birlikdə mikrosxem çatışmazlığı ilə bağlı qlobal problemi həll etməyə hazırlaşır. Bu yaxınlarda iki şirkət, Koreya Elektron Texnologiyalar İnstitutu, Koreya Avtomobil Texnologiyaları İnstitutu və Ticarət, Sənaye və Energetika Nazirliyi arasında imzalanan saziş ölkədə əksər istehsal prosesləri üçün ehtiyac duyulan yarımkeçirici məhsulların daha etibarlı yerli təchizat zəncirinin yaradılmasına xidmət edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, sazişdən ilk növbədə yerli avtomobil sənayesi faydalanacaq, lakin perspektivdə qlobal nəticələr də gözlənilir. "Samsung" və "Hyundai" növbəti nəsil yüksək effektivli yarımkeçiricilər, batareya idarəetmə mikrosxemləri, avtomobil məlumat və əyləncə sistemləri üçün görüntü sensorları və tətbiqi prosessorlar hazırlayacaq.

 

"Samsung" artıq alternativ plastin istehsalı üsulu üzrə tədqiqatlar apararaq 12 düymlük plastinlərə xüsusi diqqət yetirir. Bu işləmələr müxtəlif tipli çiplərin istehsalında inqilaba səbəb ola bilər.

 

Defisit problemini həll etmək üçün "Samsung Electronics" mikrosxem istehsalı üzrə mövcud zavodların genişləndirilməsi ilə bağlı planları da açıqlayıb. Şirkət avtomobil sənayesində tətbiq edilən yeni "PixCell LED" intellektual işıq diodlu faralar texnologiyası kimi innovativ həllərin hazırlanmasında irəliləyişə nail olub.

 

Nizam Nuriyev






18/05/21    Çap et