Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin banklara kriptovalyuta ilə əməliyyat aparmağı qadağan edib


Çin bank və maliyyə qurumlarına kriptovalyuta ilə əməliyyat aparmağı qadağan edib. Bu barədə ölkənin sahə üzrə üç assosiasiyasının birgə bəyanatına istinadən "Reuters" məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "radiosputnik.ria.ru" saytına istinadən yazır ki, məlumata görə, kriptovalyuta ilə bağlı istənilən xidmətlərə qadağa tətbiq edilib, amma fiziki şəxslər üçün heç bir qadağa yoxdur.

 

2017-ci ildə Pekin dünyanın bütün bitkoin ticarətinin 90%-ni təşkil edən spekulyativ bazarı ləğv edərək bütün yerli kriptovalyuta birjalarının fəaliyyətini dayandırmışdı.

 

Emil Hüseynov






19/05/21    Çap et