Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
LDU-da elektron təhsil şəbəkəsi yaradılıb
Lənkəranda informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu sahənin inkişafı rayonda bütün sahələrin sürətlə inkişafına təsir edib.
Rayonda bütün yaşayış məntəqələrinin elektronlaşdırılması eyni zamanda yüksək sürətlə internetə çıxışın əldə olnması və optik rabitənin tətbiqi informasiya texnologiyalarından səmərəli istifadənin təmin olunmasına şərait yaradıb.
Lənkəran Dövlət Universitetində elektron təhsil şəbəkəsinin istifadəyə verilməsi şəhərdə İKT infrastrukturunun yüksək keyfiyyətli fəaliyyətinin nəticəsidir. Universitetin İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Ənvər Şahqubadbəyli məlumat verib.
O bildirib ki, universitet TEMPUS, İNTAS, NATO, İREX kimi mötəbər beynəlxalq təşkilatların qrant layihələrinin qalibidir. NATO-nun qrantı hesabına universitetdə elektron elm, təhsil şəbəkəsi quraşdırılıb.
Elektron təhsil şəbəkəsi tələbələrin, müəllimlərin, elmi işçilərin dünyanın ən qabaqcıl ali məktəbləri ilə əlaqə yaratması üçün yeni imkanlar yaradıb.
26/12/11 Çap et