Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” təhlükəsiz planşetini təqdim edib


Yaponiyanın “Panasonic” şirkəti “Toughbook S1” adlı yeni təhlükəsiz planşetini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 7 düymlük modelin texniki xüsusiyyətləri köhnəlmiş görünə bilər – böyükölçülü çərçivələr, 1280x800 nöqtə təsvir ölçülü displey, “Snapdragon 660” prosessoru və 6/64 QB. Amma “Panasonic Toughbook S1” biznes istifadəçilərinə hədəflənmiş xüsusi planşetdir.

 

Ekran əlcəklə toxunuşu dəstəkləyir, hətta yağışın altında reaksiya verir. Daxili ştrix-kod skaneri və iki port (USB-A və USB-C) var. “Toughbook S1” planşeti “IP67” və “MIL-STD-810H” standartı üzrə sertifikatlaşdırılıb. Planşet 1,5 metrədək hündürlükdən bərk səthə yerə düşməyə dayanıqlıdır.

 

“Panasonic Toughbook S1” planşeti “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, amma 12-ci versiya quraşdırılacaq. Planşetin qiyməti 2499 dollardır.

 

Emil Hüseynov






19/05/21    Çap et