Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Acer” şirkəti planşet bazarını tərk etmək niyyətində deyil
“Acer” şirkətinin həmtəsisçisi Sten Şix şirkətin planşet kompyuter satışlarını dayandırması haqqında yayılan şayiələrə öz fikrini bildirib.
Onun sözlərinə əsasən, “Acer” şirkəti planşet bazarında uğura nail olmasa da, təslim olmaq niyyətində də deyil. Cənab Şix qeyd edib ki, yeni bazarların mənimsənilməsi zamanı çətinliklər qaçılmazdır. Məsələn, şirkət noutbukların istehsalı zamanı da analoji çətinliklərlə rastlaşıb.
Cənab Şix, həmçinin əlavə edib ki, Direktorlar Şurası artıq şirkətin 2012-ci ildəki inkişaf strategiyasını müzakirə ediblər. Hər şeydən əvvəl maksimal gəlir gətirən məhsulların istehsalı planlaşdırılır.
Yeni planşet və smartfon modellərinin hazırlanması davam edəcək.İlkin hesablamalara əsasən, 2011-ci ildə bütün dünyada təxminən 63,6 milyon planşet satılacaq.
26/12/11 Çap et