Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti “Xperia Ace 2” adlı yığcam smartfonunu təqdim edib


“Sony” şirkəti “Xperia Ace 2” adlı yeni nəsil yığcam smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, smartfon “HD ” təsvir ölçülü 5,5 düymlük IPS displeylə təchiz edilib. Displey “Gorilla Glass 6” şüşəsi ilə qorunur, “IP68” standartına uyğun olaraq toz və suya qarşı dayanıqlı olan korpus plastikdən hazırlanıb. “Xperia Ace 2” aparatı ucuz “MTK Helio P35” prosessoru ilə təchiz edilib, 4/64 QB-lıq versiyanın yaddaş imkanları “microSD” yaddaş kartı ilə artırıla bilər.

 

Əsas kamera bloku iki sensordan (13 meqapiksellik (mp) əsas və 2 mp-lik boke) ibarətdir. “Xperia Ace 2” qurğusunda işəsalma düyməsinə barmaq izləri skaneri inteqrasiya edilib və 4500 milliamper/saat tutumunda akkumulyatora malikdir.

 

Emil Hüseynov






20/05/21    Çap et