“Google” şirkəti “IoT” (“Internet of Things” – əşyalar interneti) seqmenti üçün nəzərdə tutulmuş “Fuchsia” əməliyyat sistemini təqdim edib. Bu barədə “9to5Google” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeni əməliyyat sıfırdan yazılıb, “Fuchsia” sistemi “Zircon” adlı mikronüvə üzərində qurulub. Əməliyyat sisteminin hazırlanmasına 2016-cı ildə başlanılıb. “Google” tərəfindən təqdim edilmiş açıq mənbə koduyla proqram təminatı “Linux”a əsaslanmır.
“Fuchsia 1.0” birinci nəsil “Nest Hub” smart ekranlarında əlçatan olacaq.
Emil Hüseynov