“Xiaomi” şirkətinin “Redmi” bölməsi Çin bazarı üçün “Redmi Note 10 Pro” smartfonunu təqdim edib. Analoji ada baxmayaraq qurğu beynəlxalq versiyadan kəskin fərqlənir.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, smartfon xarici görünüşünə görə fərqli arxa panel dizaynı və kamera blokunun tərtibatı ilə seçilir. Yeni qurğu 120 giqahers yeniləmə tezlikli 6,6 düym diaqonallı “IPS” ekranla təchiz edildiyi halda qlobal versiya “AMOLED” displeyə malikdir. Bundan başqa, ekran daha incə “Gorilla Glass 5” əvəzinə, “Gorilla Glass Victus” şüşəsi ilə örtülüb.
“Redmi Note 10 Pro” smartfonunun məhsuldarlığına görə “Snapdragon 732G” prosessorundan güclü olan “MTK Dimensity 1100” çipi cavabdehlik daşıyır. Çin bazarı üçün versiya beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəklədiyi halda qlobal variantda bu nəzərdə tutulmayıb. 64 meqapikselli əsas kamera 8 meqapikselli sensor və 2 meqapikselli makrosensorla birgə işləyir.
“Redmi Note 10 Pro” modeli “Wi-Fi 6”, “Bluetooth 5.2”, “NFC 3.0” dəstəyinə malikdir, eləcə də texnikanın idarə olunması üçün infraqırmızı port və “JBL” stereodinamikləri ilə təchiz olunub. Beş min milliamper/saat tutumlu akkumulyator 67 vatt gücündə enerjidoldurmanı, smartfonla birlikdə tədarük edilən qida blokunu dəstəkləyir.
Çin bazarında 6/128 giqabaytlıq əsas versiya 1499 yuan dəyərində qiymətləndirilib. Çində qurğunun satışlarına iyunun 1-dən etibarən başlamaq planlaşdırılır. Yeni “Redmi Note 10 Pro” smartfonunun beynəlxalq versiyası barədə məlumat verilmir.
Nizam Nuriyev