Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə “WP” smartfonlarının bazar payı artacaq
Hal-hazırda “Windows Phone” (WP) smartfonlarının bazar payı 2% təşkil edir.Bununla belə “Digitimes Research” nəşri hesab edir ki, artıq 2012-ci ildə “Windows Phone” smartfonlarına tələbat əhəmiyyətli dərəcədə artacaq.
Analitiklərin sözlərinə əsasən, gələn il “WP”-smartfon tədarükləri 40 milyona çatacaq, bu göstərici isə tədarük edilmiş aparatların ümumi sayının təxminən 6,2%-i deməkdir.
“Android” əməliyyat sistemi əvvəlki kimi liderlik edəcək. “Digitimes Research” nəşri hesab edir ki, o, gələn il bazarın 57,6%-nə (386 milyon qurğu) nəzarət edəcək. İkinci yerdə “Apple” şirkəti yerləşəcək. O, təxminən 121 milyon “iPhone” (18,1%) sata biləcək.
26/12/11 Çap et