“iPhone 13” qurğularının bahalı versiyaları yüksəktezlikli görüntü yeniləməsini dəstəkləyən ekranlarla təchiz ediləcək. “Samsung” şirkəti “Apple” korporasiyası üçün 120 herslik panellərin istehsalı ilə məşğul olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ABŞ-ın texnologiya nəhəngi yeni nəsil “iPhone” üçün on milyonlarla “OLED” panel üçün əlavə sifariş verib. “iPhone 13 Pro” və “13 Pro Max” cihazları LTPO texnologiyası üzrə hazırlanmış 120 herslik ekranlarla təchiz ediləcək.
Yeni nəsil “Apple” smartfonlarının təqdimatı 2021-ci ilin sentyabrına gözlənilir.
Emil Hüseynov