Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” öz qabaqcıl smartfonlarında kameralarla bağlı problemi etiraf edib


“Samsung” şirkəti öz qabaqcıl smartfonlarının kamerasındakı kritik problemi aradan qaldıracağına dair söz verib. Bu haqda “SamMobile” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Cənubi Koreya şirkətinin nümayəndəsi “Samsung”un rəsmi forumunda istifadəçilərə cavab olaraq deyib ki, korporasiya problem haqqında məlumatlıdır və onu aradan qaldırmağa çalışır. Nasazlıq “Galaxy S21” aktual seriyasına məxsus aparatların kamera tətbiqinin işi ilə bağlıdır. Bəzi hallarda tətbiq çox ləng işləyir, bir qayda olaraq, nasazlıq şəklin böyüdülməsi və portret rejimində yaranır.

 

Şirkətin elan etdiyi təhlükəsizlik paketi ilə birgə düzəlişlər dəsti iyuna planlaşdırılıb. Yeniləmələrin alınması qrafiki konkret regiondan asılı olacaq.

 

Emil Hüseynov






02/06/21    Çap et