Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil “Wi-Fi” çipləri 2-3 il sonra əlçatan olacaq


“Qualcomm”, “MediaTek” və “Broadcom” şirkətləri “Wi-Fi 7” çiplərinin hazırlanmasına başlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, məlumata görə, simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Bundan başqa, “Wi-Fi 6” və “Wi-Fi 6E” standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək.

 

Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər “Wi-Fi 7” çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.

 

Emil Hüseynov






02/06/21    Çap et