Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Prospero” - dünyada ilk robot-fermer
Robot texnikasının müasir inkişaf səviyyəsi müxtəlif robotlar yaratmağa imkan verir. Məsələn, ABŞ-da tamamilə avtonom “Prospero” robot-fermeri yaradılıb. O, toxum səpməyi bacarır.
“Prospero” fermerinin yaradıcısı Ayova ştatında yaşayan Amerika ixtiraçısı Devid Dorxautdur. O iddia edir ki, robot-fermer proqram təminatının əmrlərinə əsaslanaraq, bostanın müəyyən yerlərində müəyyən bitkilərə toxum səpə və onların yerini yadda saxlaya bilər.
“Prospero” robotunun digər robot-fermerlərlə əlaqə yaratmaq imkanı nəzərdə tutulub. Hələ ki bunun üçün infra-qırmızı diapazondan istifadə olunur, lakin Devid Dorxaut robotun təkmilləşdirilməsi zamanı daha müasir texnologiyalardan istifadə etmək niyyətindədir.
“Prospero” robot-fermerinin yaradıcısı hesab edir ki, robot-fermerlər bütün dünya ölkələrində kənd əməyi məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra bilərlər.
Hal-hazırda Devid Dorxautanın “Prospero” konstruksiyasının təkmilləşdirilməsi ilə məşğuldur. Onun sözlərinə əsasən, artıq müxtəlif ölkələrdən olan fermerlər onun robotu ilə maraqlanırlar.
27/12/11 Çap et