Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti istifadəçilərə onlar haqqında toplanılan informasiya barədə məlumat verəcək


“Apple” şirkətinin növbəti həftə təqdim edəcəyi yeniliklər arasında istifadəçiyə mobil tətbiqlər tərəfindən onun haqqında məhz hansı informasiyanın toplanılmasını öyrənməyə imkan verən funksiya əlçatan olacaq. Bu haqda “Bloomberg” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, beləliklə, şirkət istifadəçilərin məlumatlarını toplayan ən "aqressiv" proqramlarla mübarizə aparır.

 

Həmçinin indi “iPhone” və “iPad” istifadəçiləri sükan arxasında olduqda, yatdıqda, işlədikdə öz vəziyyətlərini ifadə edən status təyin edə biləcəklər.

 

Məlumata görə, “iPad” üçün yeniləmələr eyni anda bir neçə proqramla işləməyə imkan verən vidcet və funksiyaları da əhatə edəcək.

 

Emil Hüseynov






07/06/21    Çap et