Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” tibb sahəsində tətbiq üçün elastik ekranlar hazırlayır


“Samsung Electronics” şirkətinin mütəxəssisləri insanın dərisinə bərkidilə bilən elastik OLED ekranlar hazırlayıblar. Yeni texnologiya əsasında hazırlanmış daşınan həllər real vaxt rejimində nəbz və digər biometrik məlumatları izləməyə və göstərməyə imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, tədqiqatın nəticələri “Science Advances” nəşrində dərc edilib. Dünyada ilk dəfə elastik ekranlar əsasında işləyən məhsulların işi əyani nümayiş etdirilib. “Samsung Advanced Institute of Technology” elmi tədqiqat bölməsi tərəfindən hazırlanmış yeniliklər "fotopletizmoqrafiya" sensoruna malik yeni tip matrislərin uğurlu inteqrasiyasını nümayiş etdirir.

 

Əsas tədqiqatçı Yun Yanq Сunun sözlərinə görə, texnologiya böyüklər, uşaqlar və hətta körpələr, həmçinin müəyyən xəstəliklərli olan pasiyentlər üçün daşınan tibbi cihazlarda tətbiq edilə bilər.

 

Emil Hüseynov






07/06/21    Çap et