Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvanlı sosial yardım alanlar məbləğin hesaba köçürülməsi üzrə SMS-bildiriş alacaq


Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ildə ünvanlı sosial yardım (ÜSY) alanlar üçün onların hesabına məbləğın köçürülməsi üzrə SMS-bildiriş tətbiq etməyi planlaşdırır.

Bu barədə açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı rəhbərinin müavini Elnur Kələntərli deyib.

Onun sözlərinə görə, nazirliyə müavinət və sosial yardımların vaxtında ödənilməməsi haqqında şikayətlər daxil olur. “ Bunun səbəbi həm nazirliyin əməkdaşlarının səhvi, həm də müəyyən maliyyə prosesləridir.

Bu, informasiya texnologiyalarının tətbiq edilməsi yolu ilə həll ediləcək texniki məsələlərdir", - Kələntərli bildirib. Bundan başqa, nazirlik müraciət və şikayətlərin qəbulu prosesini tamamilə avtomatlaşdırmağı planlaşdırır.

"Əhali və məmurlar arasında birbaşa əlaqələrin minimuma endirilməsi üçün yerlərdə bu prosesi tamamilə avtomatlaşdırmaq lazımdır. Digər tərəfdən, təbii ki, ehtiyac yaranarsa, ayrı-ayrı hadisələr yerlərdə öyrəniləcək" , - Kələntərli qeyd edib.





27/12/11    Çap et