Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” və “RİM” yeni “BlackBerry” məhsullarını təqdim edib


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Research in Motion” (RİM) şirkəti ilə birgə yeni “BlackBerry” məhsullarını təqdim edib.  Bu məhsullar “BlackBerry” cihazlarından istifadə edən bütün “Bakcell” abunəçiləri (CİN, Klass və Gold) üçün nəzərdə tutulub.

Yeni təklif Azərbaycanın mobil telekommunikasiya bazarında ilk dəfə olaraq, abunəçilərə “BlackBerry” xidmətlərinin geniş çeşidindən çox sərfəli qiymətə yararlanmaq imkanını verir. 

“Hazırda minlərlə “Bakcell” abunəçisi “BlackBerry” xidmətlərindən istifadə edir və bu rəqəm gündən-günə artmaqdadır. “Bakcell” abunəçiləri arasında “BlackBerry” smartfonlarına artan tələbi nəzərə alaraq, biz böyük məmnuniyyətlə Azərbaycanda ilk dəfə olaraq cəlbedici qiymətlərlə “BlackBerry Social” və “Blackberry Complete” xidmətlərini təqdim edirik”, - deyə  “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

“Social 7” və “Social 30” paketləri üçün “Bakcell” abunəçiləri muvafiq olaraq 7 gün üçün yalnız 3.33 AZN və 30 gün üçün yalnız 9.99 AZN ödəməklə limitsiz internet trafikindən yararlana biləcəklər. “BlackBerry Complete” paketindən istifadə etmək istəyən abunəçilərə isə “Bakcell” sadəcə 13.99 AZN qiymətinə 30 günlük paket təklif edir. 





27/12/11    Çap et