“Huawei” şirkəti yüzlərlə smartfon və planşet modelini mərhələli şəkildə “HarmonyOS 2.0” əməliyyat sisteminədək yeniləmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti.” resursuna istinadən yazır ki, yeniləmənin göndərilməsi prosesi növbəti ilin ortalarınadək davam edəcək. “HarmonyOS 2.0” sistemi ilə əvvəlcə qabaqcıl “Huawei Mate 40 Pro” kimi ən yeni modellər təchiz ediləcək.
Məlumata görə, yeni əməliyyat sistemi ilə “EMUI” yeniləməsinin göndərilməsinin dayandırıldığı smartfonlar, məsələn, 2016-cı ildə təqdim edilən “Huawei Mate 9” da təchiz olunacaq.
Əməliyyat sisteminin qlobaql miqyasda yayılması ilə bağlı planlar və istifadəçilər tərəfindən “Android” sistemindən istifadənin davam etdirilməsi barədə məlumat verilmir.
Nizam Nuriyev