Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıətrafı kənd və qəsəbələrdə genişzolaqlı internetə çıxış imkanı genişləndirilir
Bakıda və ətraf kənd, qəsəbələrdə genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədilə hazırlanmış geniş tədbirlər planının icrası davam edir. Bu barədə BTRİB-dən verilən məlumatda bildirilir.
Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Maştağa qəsəbəsində internet xidmət tutumu 100, Bakıxanov qəsəbəsində 600, Nardaran qəsəbəsində isə 60 port artırılıb.
Xatırladaq ki, BTRİB tərəfindən Bakıətrafı qəsəbələrdə elektron ATS-lərin NGN texnologiyası əsasında tamamilə yenidən qurulması abunəçilərə bütün multimedia xidmətlərindən istifadə üçün şərait yaradacaq. Buna paralel olaraq birlik EATS-lərdə ADSL portları qurmaqla tələbatı ödəməkdə israrlıdır.
27/12/11 Çap et